Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:11

Donbas və Rusiya ərazisində əsirlikdə olan ukraynalı Gennadi Afanasyevlə Yuriy Soloşenko iyunun 14-də Ukraynaya-vətənlərinə təhvil veriliblər.

Bu barədə Ukrayna prezidenti Petro Poroshenko məlumat verib.

Onları Borispol hava limanında Ali Radanın sədr müavini İrina Gerashenko və prezidentin mətbuat katibi Svayatoslav Tserolko qarşılayıb.

Onlar xüsusi müayinədən keçəcəklər.

Onlar Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə əfv ediliblər.

HəmçininUkraynada separatçılıqda ittiham olunan Odessa sakinləri Yelena Glishinskaya ilə Vitali Didenko Rusiyaya təhvil veriliblər.

Bu barədə iyunun 14-də RİA-Novosti agentliyi məlumat verib.

Artıq onlar Moskvadadırlar.

Bu, atəşkəslə bağlı Minsk sazişində nəzərdə tutulan razılaşma çərçivəsində həyata keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG