Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

-

İyunun 15-də Azərbaycanda növbəti amnistiya aktının icrasına başlanılacaq.

Masallıda yeni məhkəmə binasının təməl qoyma mərasiminə qatılan ədliyyə naziri Fikrət Məmmədov bu haqda danışıb.

Report-un xəbərinə görə, nazir amnistiya aktının ümumilikdə 10 min nəfərə şamil ediləcəyini bildirib.

"Azərbaycanda ədliyyə sistemində aparılan islahatlar ölkəmizdəki sabitliyin və inkişafın təzahürüdür. Azərbaycanda sabah (15 iyun) növbəti amnistiya haqqında sərəncamın icrası həyata keçiriləcək. Bu amnistiyada 3500 nəfər azadlığa buraxılacaq", nazir deyib.

Milli Məclis Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə mayın 20-də Amnistiya Aktı qəbul etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG