Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:43

Fransa prezidenti Fransois Hollande ötən gecə Paris ətrafında törədilən hücumun terror aktı olduğunu bəyan edib.

Qeyd edək ki, çərşənbə axşamına keçən gecə Paris ətrafındakı Manyanvill qəsəbəsində polis rəisi qətlə yetirilib.

Naməlum adam 42 yaşlı polis zabitinə evinin qarşısında 9 bıçaq zərbəsi vurub, bundan sonra isə onun evinə soxularaq həyat yoldaşı və 3 yaşlı oğlunu girov götürüb.

Uzun və uğursuz danışıqlardan sonra polis hücuma keçmək qərarına gəlib.

“Evi axtaranda qadın meyiti aşkar elədik. Qatili isə xüsusi təyinatlı qüvvələr güllələyib. Xoşbəxtlikdən balaca oğlan xilas edilib və həkim nəzarətindədir”,

Daxili işlər nazirliyinin nümayəndəsi Per Anri Brand deyir.

İstintaqı antiterror şöbəsi aparır.

Terrorçu ilə polis arasındakı danışıqlardan sonra belə qərar qəbul edilib.

“İslam Dövləti” qrupu bu hücuma görə cavabdehliyi üzərinə götürüb, bu barədə yaraqlılara yaxın xəbər portalı məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG