Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:47

-

“Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə yeni rəisin təyin olunması ilə məhkəməyə qədər saxlanma və cəzanın çəkilməsi sistemində islahatların həyata keçiriləcəyinə ümid edirik”.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin yaydığı bəyanatda belə deyilir.

Mərkəz cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması, məhbusların hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizə və penitensiar sistemdə qanunçuluğun möhkəmləndirilməsi üzrə təkliflərini dərc etməyə hazırlaşır.

“Bizim təkliflərin əsas bəndlərindən biri QHT və vətəndaş cəmiyyətinin digər institutlarının penitensiar müəssisələrdə qanunçuluğa əməl edilməsi üzrə monitorinqlərdə iştirakıdır”, - Mərkəzin rəhbəri Elşən Həsənov bildirib.

Onun sözlərinə görə, öncə Mərkəz təklifləri Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinə təqdim edəcək. Sonra təkliflər Penitensiar Xidmət rəhbərliyinə göndəriləcək və geniş ictimaiyyətə təqdim olunacaq.

“Ümid edirik ki, Penitensiar Xidmətin yeni rəhbərliyi bizim təkliflərə hörmətlə yanaşacaq və əməkdaşlıq müsbət nəticə verəcək”, - E.Həsənov vurğulayıb.

Ötən həftə DİN Nəqliyyatda Baş Polis İdarəsinin keçmiş rəhbəri Ceyhun Həsənov Penitensiar Xidmətə rəis təyin edilib.

Siyasi Məhbusların Monitorinqi Mərkəzini 2014-cü ildə bir qrup keçmiş məhbus yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG