Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:13

“Ölkənin antiterror qanununun dəyişdirilməsindən söhbət də gedə bilməz.Hərtta Avropa Birliyi ilə viza rejimi qaldırılmasa belə”

Bunu Türkiyənin baş naziri Binali Yıldırım iyunun 14-də hakim “Ədalət və İnkişaf” partiyasının toplantısında çıxış edərkən bəyan edib.

Binali Yıldırım həmçinin qeyd edib ki, Türkiyə terrorçuluqla mübarizədə beynəlxalq koalisiyadakı tərəfdaşları ilə əməkdaşlığı sonadək dəstəkləyəcək, amma Türkiyənin dincliyini pozmağa cəhd göstərən terrorçu təşkilatlara xoş yanaşmanı qəbul etməyəcək.

Binali Yıldırım bazar günü ABŞ-ın Orlando şəhərində 49 nəfərin ölümüylə nəticələnən terror aktından da danışıb.

O qeyd edib ki, Türkiyə daima terrordan ən çox əziyyət çəkən bir ölkə kimi bunu qınayırvə istənilən terror aktını kəskin ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG