Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

Çərşənbə axşamına keçən gecə Paris ətrafındakı Manyanvill qəsəbəsində polis rəisi qətlə yetirilib.

Naməlum adam 42 yaşlı polis zabitinə evinin qarşısında 9 bıçaq zərbəsi vurub, bundan sonra isə onun evinə soxularaq həyat yoldaşı və 3 yaşlı oğlunu girov götürüb.

Uzun və uğursuz danışıqlardan sonra polis hücuma keçmək qərarına gəlib.

“Evi axtaranda qadın meyiti aşkar elədik. Qatili isə xüsusi təyinatlı qüvvələr güllələyib. Xoşbəxtlikdən balaca oğlan xilas edilib və həkim nəzarətindədir”,

Daxili işlər nazirliyinin nümayəndəsi Per Anri Brand deyir.

İstintaqı antiterror şöbəsi aparır.

Terrorçu ilə polis arasındakı danışıqlardan sonra belə qərar qəbul edilib.

“İslam Dövləti” qrupu bu hücuma görə cavabdehliyi üzərinə götürüb, bu barədə yaraqlılara yaxın xəbər portalı məlumat yayıb.

Fransa prezidenti Fransois Hollande bunun terror aktı olduğunu bəyan edib.

Filippində islamçılar kanadalı girov Robert Holu öldürüblər.

O ötən ilin payızında əsir götürülmüşdü.

O, Norveç vətəndaşı olan başqa bir kanadalı və 1 filippinli qadınSamal adasında girov götürülüblər.

“Abu Sayyaf” qrupundan olan islamçılar onların hər birinə görə 20 milyon dollar tələb edirdilər.

Bir qədər sonra onlar bu tələbi 3 dəfə aşağı salsalar da Kanada hökuməti bundan imtina elədi və bildirdi ki, bu digər kanadalıların həyatını təhlükə altında qoya bilər.

İslamçılar bu ilin aprelində mətən şirkətinin baş menenceri Con Ridsdeli qətlə yetirdilər.

Bazar ertəsi isə plis Robert Holun başını aşkar edib.

Onu plastik pakettə Holla adasındakı katolik kilsəsinin ətrafına qoyublarmış.

Bu ada Filippindəki islamçıların dayaq məntəqəsi hesab olunur.

“Abu Sayyaf” qrupu 1991-ci ildə yaradılıb və dəfələrlə bu cür qətllər törədib.

Dəstənin lideri 2014-cü ildə and içərək “İslam Dövləti” qrupunun tərəfinə keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG