Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Azərbaycanın dövlət borcu artır


Dollar
Dollar

-

Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın 7 milyard 448.7 milyon ABŞ dolları xarici dövlət borcu var. Bu, təqribən 11 milyard 486.6 milyon manata bərabərdir. Xarici borc yanvarın 1-i ilə müqayisədə 554.4 milyon dollar çoxalıb.

Maliyyə Nazirliyinin məlumatına görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsulda (ÜDM-də) çəkisi də artıb. Bu il yanvarın 1-də borcun ÜDM-ə nisbəti 19.8 faiz, aprelin 1-də isə 21 faiz təşkil edib.

«Xarici dövlət borcunun 82.3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən, 17.7%-i isə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib», - deyə Maliyyə Nazirliyindən bildiriblər.

XS
SM
MD
LG