Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:12

Milçək və Ağcaqanad


Ağcaqanad
Ağcaqanad

-

Alov İnanna

MİLÇƏK VƏ AĞCAQANAD

Televiziyada uçmaq mövzusunda maraqlı bir veriliş gedirdi. Verilişin mötəbər ekspertləri Milçək bəylə Ağcaqanad xanım idi. Milçək bəy şövqlə vızıldayırdı:

– Uzun illər uçmaq deyəndə geniş göylər, ucalıqlar, ənginliklər və s. başa düşünülüb. Allaha şükürlər olsun ki, daha dövr dəyişilib, indi artıq aktual olan –uçarkən süzmək yox, şığımaq yox, uçarkən manevrlər etmək, xırdalıqlara, ağlagəlməz dəlmə-deşiklərə baş vurmaqdır. Mən hələ qonmaqdan danışmıram. Bu saat vacib məsələ harada uçmaq yox, haraya qonmaqdır.

Alov Iİnanna
Alov Iİnanna

Söhbətin bu şirin yerində Ağcaqanad xanım kiçicik pauzadan məharətlə istifadə edib dızıldamağa başladı:

– Mən Milçək bəyin qoyduğu problemlə çox razıyam: harada uçmaq yox, haraya qonmaq. Budur məsələ! Ucalıqlar, göylər söhbəti daha camaatı bezdirdi. Bizi ancaq yerlər maraqlandırmalıdır. Qonmaq problemi o qədər gərəkli, o qədər həyatidir ki, təkcə elə bu problemi qaldırdığına görə Milçək bəyə Nobel mükafatı düşür. Qonmaq və bəhrələnmək! Həyatın məqsədi budur. Axı nə vaxtacan uçmaqdan danışmaq olar?! Uçmaq harasa qonub bəhrələnmək üçün bir vasitədir.

Bu yerdə Ağcaqanad xanım dayandı – qan sormaq üçün – demək istəyirdi, ancaq dərhal anladı ki, bu ifadə etik, estetik və hüquqi normalara ziddir.

– Misallar çoxdur, deyib üzünü Milçək bəyə tutdu ki, söhbətin dalını o gətirsin.

Ekran qarşısında oturan professor Qartal müəllimin verilişə sonacan baxmağa hövsələsi çatmadı, pultu basıb televizoru söndürdü:

– Heç olmasa Quzğunu dəvət edərdilər, deyə Qartal müəllim acıqla başını buladı.

Bilmək olmadı ki, onu hirsləndirən vəziyyətin ədalətsiz görünməyidir, yoxsa paxıllıq duyğusu...

2007-ci il, Bakı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG