Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:19

Qoy qırım, məndə qalsın köynəyinin düyməsi


Günel Treu
Günel Treu

-

Günel Treu

Köynəyinin düyməsi...

ana döşlərinə cuman

acgöz uşaqlar kimi

elə sənə tələsirəm

gözüm görmür heç kimi

toxun sinəmə,

adını

çəkir ürəyimin səsi

qoy qırım, məndə qalsın

köynəyinin düyməsi

dünyanın ən saf gülüşü

sənin üz-gözündə gəzir

öpüşlərim külək kimi

boyun, boğazında gəzir.

bağışla,

gah səni üzən

gah sənə sarılan mənəm

sənsiz dünyadan gedərəm

daha dünyaya gəlmərəm.

rahat uyduğum yerdi,

doğma yuvamdır qolların.

gedəndə ikiyə bölün

ki,

qoy məndə qalsın yarın.

gecəyarı göndərdiyin

hər salamda sağalıram

sən olmayanda ölürəm,

sən gələndə doğuluram.

Ayaqqabı...

mən bir səni sevdim,

bir də təzə ayaqqabılarımı.

ayaqqabılar ayağımı incitdi,

sən ürəyimi.

bir az adiləşən kimi

gözümdən düşən kimi

çıxarıb, atacam ikinizi də...

birinizi zibilliyə,

birinizi zibil kimi

soyuq qadın qollarına

ikiniz də üşüyün!

Vətən kimi...

səni bir parça torpaq kimi
yurd kimi,
ocaq kimi
körpəm kimi, uşaq kimi
ən isti qucaq kimi
mənə hamıdan doğma adam,
sən mənim Vətənimsən,
səni Vətən kimi sevirəm...

Qırmızı şərab

mən qırmızı şərabı dodağından içərdim

evimizdən yığışıb, ürəyinə köçərdim.

saçının teli üçün bir ömürdən keçərdim

sən dəqiq bilirsənmi sevgi nədi, eşq nədi

varlığım varlığına susuz qalıb, təşnədi.

həzin səsin dünyanın ən möhtəşəm bəstəsi,

gözlərinlə sağalar milyon ilin xəstəsi

gəl, yenə əllərində nərgiz gülü dəstəsi

aç könlümü, orada özünü gör, əzizim,

orda ancaq sən varsan, mənim qalmayıb izim.

sən qoxlayıb, öpürdün saçlarımın tağını,

əridib, yox edirdin ürəyimin yağını

sən başının üstündə uçan ağ qağayını

əllərinlə yemlərdin,

sənə heyran olmuşdum

üşüyüb, uşaq kimi sinənə sığınmışdım.

xəyalımda böyüyür, qıvırcıq saçlı qızım.

ona adlar qoyuram,

gah yoncam, gah nərgizim.

qoxunu ürəyimə çəkəcəyəm, əzizim

niyə qorxdun sevgimdən, nə günahdı nə ayıb

gəl, sənə çox həsrətəm, dodağlarım catlayıb...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG