Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:51

Azərbaycan-Fransa Universiteti yaradılır


Fransa bayrağı
Fransa bayrağı

-

Azərbaycan-Fransa Universiteti yeni tədris ilindən fəaliyyətə başlayacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu nazir Mikayıl Cabbarov deyib.

Təhsil nazir qeyd edib ki, Azərbaycan-Fransa Universitetindən ötrü hər iki tərəfdən tərəfdaş universitetlər müəyyən edilib. Bunlar Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universitetidir.

M.Cabbarov bildirib ki, hər iki ölkənin digər ali təhsil müəssisələrinin də layihəyə qoşulması imkanı açıqdır:

«Lakin bunun üçün müqavilə lazımdır. Bu il artıq universitetə tələbələrin qəbulu olacaq. 5 ixtisas üzrə qəbul planlaşdırılır. Yeni tədris ilinin başlamasına bir neçə ay qalmış bütün təşkilati və digər məsələlərin həlli nəzərdə tutulur. Hazırda binanın təmiri, tədris proqramlarının dəqiqləşdirilməsi, xarici və yerli müəllimlərin seçimi aparılır. Bu universitetdə tədris ilk illərdə ingilis dilində həyata keçiriləcək. Bu da öz növbəsində həm tədris alacaq tələbələrin, həm də müəllimlərin qısa zamanda ən müasir bilgilərlə yiyələnməsinə şərait yaradacaq. Bununla Azərbaycanda son iki il ərzində ikinci böyük xarici universitetin filialı yaradılır. Məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları yüksəkkeyfiyyətli ali təhsili öz ölkələrində, yaxınlarından ayrılmadan əldə edə bilsinlər».

Bundan əvvəl Azərbaycanda Moskva Dövlət Universitetinin filialı yaradılıb.

XS
SM
MD
LG