Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:42

Nardaran dini icmasının sənədlərinə baxılır


Nardaran
Nardaran

-

Bakının Nardaran qəsəbəsindəki «Rəhimə xanım ziyarətgah - məscidi» dini icmasının qeydiyyat sənədləri artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindədir.

APA bu xəbəri komitəyə istinadən yayıb.

Komitə bildirib ki, hazırda «Rəhimə xanım ziyarətgah - məscidi» dini icmasının sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılır.

2015-ci il noyabrın 26-da Nardaranda baş verən hadisələrdən sonra «Cümə məscidi» icması istisna olmaqla, qəsəbədə qalan bütün məscid- icmalarının fəaliyyəti dayandırılıb. Buna əsas kimi onların dövlət qeydiyyatlarının olmaması göstərilib. Daha sonra təklif edilib ki, qəsəbədə bir icma fəaliyyət göstərsin. Dövlət Komitəsinin tanıdığı bu icma da qəsəbədəki digər məscidlərə öz nümayəndələrini təyin etsin.

Azərbaycanda ümumilikdə 644 dini icma qeydiyyata alınıb. Bunlardan 620-si islam, 24-ü qeyri-islam təmayüllüdür. Qeyri-islam dini icmalardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai, 1-i isə krişna icmasıdır.

Ötən il noyabrın 26-da güc orqanlarının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda iksi polis olmaqla yeddi şəxs həlak olmuşdu.

XS
SM
MD
LG