Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:30

Azərbaycan kredit alır


Asiya İnkişaf Bankı
Asiya İnkişaf Bankı

-

İyunun 22-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasında Azərbaycana növbəti kreditin ayrılması məsələsi müzakirə olunmalıdır.

«Report» bu xəbəri ADB-nin ölkə üzrə direktoru Nariman Mannapbekov-a istinadən yayıb.

O, təmsil etdiyi bankın Azərbaycana enerji təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində 750 mln. ayırmaq istədiyini bildirib.

İlkin mərhələdə hökumətə bu vəsaitin 250 mln. dolları çatmalıdır: «Bu pul Bakı istisna olmaqla, bütün ölkəyə ayrılacaq. Birinci tranş hesabına yarımstansiyalar üçün avadanlıqlar - transformatorlar, paylayıcı vasitələrin alınması və quraşdırılması nəzərdə tutulub. Eləcə də əhalinin sayğaclarla təmin edilməsi».

N.Mannapbekov kreditin şərtləri barədə də danışıb: «Bu kredit ilk 5 ili güzəştli olmaqla 25 il müddətində 6 aylıq Libor + təxminən 0.4 faiz dərəcəsi ilə ayrılacaq. Kreditləşməyə dair bütün sənədlər müqavilə bağlanandan sonra iki həftə ərzində ADB-nin saytında yerləşdiriləcək».

2016-cı ilin yanvarın 1-ə olan məlumata görə, Azərbaycanın 10 milyard 751 milyon manat dövlət borcu var.

Azərbaycan indi də təqribən bu qədər «Cənub Qaz Dəhlizi» layihəsinə investisiya cəlb etmək niyyətindədir.

XS
SM
MD
LG