Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:32

-

ABŞ-da kosovolu haker məhkəmə qarşısına çıxacaq. O, İslam Dövləti (İŞİD) silahlı qruplaşması adından amerikalı işçilərin kompüterlərinə haker hücumu iittihamlarına cavab verəcək.

Ardit Ferizi-nin məhkəməsi iyunun 15-də Virciniya ştatında keçiriləcək. O, istintaqa ifadəsində terrorçulara maddi dəstək göstərməklə bağlı iddiaları yalanlayıb.

İttihama görə, Ferizi bir özəl şirkətin məlumat bazasına girərək 1300-dən artıq işçinin adlarını, emali parollarını və telefon nömrələrini ötən il İŞİD-ə ötürüb. İŞİD daha sonra bu məlumatları Twitter-də yayaraq xəbərdarlıq edib ki, “öz torpağınızda boğazınızı üzəcəyik”.

Ferizi oktyabrda Malayziyada həbs olunub və yanvarda ABŞ-a gətirilib. Ədliyyə Departamenti bu cinayət işinin ilk belə hal olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG