Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:47

Magnitsky filmi narazılıq yaratdı


Sergei Magnitsky-nin üzə çıxardığı sxem

Sergei Magnitsky-nin üzə çıxardığı sxem

-

Vaşinqtonda rusiyalı vəkil Sergei Magnitsky barədə sənədli filmin nümayişi zamanı qarışıqlıq yaranıb. Magnitsky-nin Rusiyada həbsxanada ölümü ABŞ-ın insan haqları qanunu qəbul etməsilə sonuclanmışdı. Ancaq bu filmdə Magnitsky Rusiyada üzə çıxardığı vergi fırıldağına görə məsul kimi qələmə verilir.

Filmin nümayişindən sonra izləyicilər “Ar olsun”, “Yalandır” deyə qışqırıblar. Sual-cavab sessiyası zamanı isə Magnitsky tərəfdarları ilə filmin rejissoru Andrei Nekrasov arasında qızğın mübahisə yaranıb.

Magnitsky 2009-cu ildə Moskvada həbsxanada dünyasını dəyişib. O, Rusiya rəsmilərini hökumətdən 230 milyon dollar oğurlamaqda ittiham edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG