Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:27

-

ABŞ-da respublikaçıların prezidentliyə mümkün namizədi Donald Trump yenə miqrantlardan danışıb. Bu dəfə müsəlmanların Birləşmiş Ştatlara daxil olmasıyla bağlı mövqeyini lap sərtləşdirib, deyib ki, qadağası Əfqanıstan, Pakistan və Suriyadan olanları hədəfə alacaq.

İyunun 12-də Florida ştatında gey kluba hücumda 49 nəfər öldürülüb. Trump bir gün sonra milli təhlükəsizliklə bağlı çıxışında deyib ki, prezidentliyin verdiyi səlahiyyətdən yararlanaraq “sübuta yetirilmiş terrorçuluq tarixçəsi olan” ölkələrdən müsəlmanların ABŞ-a gəlməsini müvəqqəti qadağan edər.

Trump-ın sözlərinə görə, immiqrasiya qadağası o vaxtadək davam edəcək ki, “ölkəmizə gələn bu şəxsləri lazımınca yoxlamadan keçirə bilək. Onlar axınla gəlirlər və nə etdiklərini də bilmirik”.

Trump vurğulayıb ki, Floridada qətl törətmiş 29 yaşlı Omar Mateen-in valideynləri Pakistandan, həyat yoldaşı və onunla birlikdə atəş açmış qadın isə Səudiyyə Ərəbistanından olub. Onun sözlərincə, ABŞ-ın müttəfiqləri olan bu ölkələr həmin immiqrasiya qadağasına məruz qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG