Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:06

Namus qətllərinə görə fətva verildi


Lahorda 16 yaşlı qızı anası burada yandırıb

Lahorda 16 yaşlı qızı anası burada yandırıb

-

Pakistanda ruhanilərin nüfuzlu qrupu namus qətllərinə qarşı fətva verib.

Sünni Ittehad Şurası bildirib ki, namusa görə törədilən qətllər “böyük günah”dır. Ötən həftə Lahorda bir ana qızını cavan oğlanla qaçdığına görə diri-diri yandırıb.

“Barbarlıq dövrünə doğru getdiyimiz görünür”, 100-dən çox ruhaninin daxil olduğu şura bildirir. “Qadınları öz seçimləri ilə ailə qurmalarına görə yandırmaq İslama ziddir”.

Fətva hökuməti namus qətllərinə görə günahkarları cəzalandırmağa çağırır.

Hər il Pakistanda yüzlərlə qadın qohumları tərəfindən “namus üstündə” qətlə yetirir. Şübhəlilərə qarşı heç vaxt cinayət işi açılmır.

Ancaq maarifləndirmə işi güclənməkdədir. Fevralda namus qətllərindən bəhs edən film Oscar mükafatı alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG