Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

-

«Güclü selin yaratdığı təbii fəlakətin nəticələri aradan qaldırılır».

«Report»un xəbərinə görə, bunu İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev deyib.

R.Ağayevin bildirməsinə görə, rayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verilməsi kəsilib. Talış qazpaylayıcı stansiyasında daşıyıcı kəmərin qırılması ilə isə 11 kəndə qaz ötürülməsi dayanıb. Hazırda həmin kəndlərin elektrik və təbii qazla təminatından ötrü tədbirlərin görüldüyü bildirilir.

Verilən məlumata görə, Qarakolluq kəndində 4, Kürdmaşı kəndində 3 körpü və kəndarası yollar dağılıb. Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq, Təzəkənd kənlərində yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara, əkin sahələrinə ciddi zərər dəyib. Sel suları nəticəsində mal-qara arasında tələfatın olduğu qeyd edilir. İlkin hesablamalara görə, rayonda ümumilikdə 500 hektar taxıl, 50 hektar tərəvəz, bostan sahəsi, 30-a yaxın iri- və xırdabuynuzlu heyvan, 30-dan çox arı ailəsi, 2000-dən çox ev quşu tələf olub.

İsmayıllı rayon fövqəladə hallar komissiyası rayona dəymiş ziyanı dəqiqləşdirir.

Son günlər aramsız yağan yağış tək İsmayıllıda yox, Göyçay, Tovuz və Şamaxı rayonlarında da ciddi fəsadlar törədib. Bu rayonlarda da bəzi ucqar kəndlərlə avtomobil əlaqəsinin kəsildiyi, təsərrüfatlara ziyan dəydiyi bildirilir.

XS
SM
MD
LG