Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:12

-

BMT-nin Təhlükəsizlik Şurası iyunun 13-də Rusiya, Afrika və müsəlman ölkələrinin müqavimətinə baxmayaraq, Florida gey klubunda kütləvi insan ölümünü pisləyib.

ABŞ-ın hazırladığı qətnamədə “insanların cinsi oriyentasiyasına görə hədəfə alınması” pislənilir.

İyunun 12-də İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına sədaqət andı içmiş bir gənc 49 nəfəri öldürüb.

İnsan haqları qrupları İŞİD-i onlarla geyi öldürməkdə suçlayır. Həmin şəxslər ya binaların üzərindən atılıb, ya da daşlanıb və qətllərin videoları da internetdə yerləşdirilib.

BMT bildirir ki, gey olmaq azı 74 ölkədə cinayət sayılır. Gey hüquqları məsələsi BMT-də daim qızğın mübahisə yaradır. Bu yaxınlarda Rusiya da müsəlman ölkələrinə qoşularaq gey qrupların BMT-nin AIDS konfransında iştirakını əngəlləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG