Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:55

-

İyunun 13-də Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun məhkəməsi davam edib. Sabiq nazirin cinayət işinə Naxçıvan Hərbi Məhkəməsi baxır.

Sabiq nazirinin vəkillərindən Vüqar Xasayevin bildirdiyinə görə, məhkəmə istintaqına ittiham aktının elan olunması ilə başlanıb.

İttiham aktına görə, sabiq milli təhlükəsizlik naziri fəaliyyəti dövründə dövlət əmlakını öz xeyrinə mənimsəməyə yol verib. Onun bu əməllərə qulluq mövqeyindən sui-istifadə etməklə, vəzifə səlahiyyətlərini aşmaqla yol verdiyi qeyd edilib.

İttiham aktında həmçinin, sabiq nazirin vəzifədə olduğu vaxt səlahiyyətlərindən sui-istifadə edərək öz maraqları naminə qanunsuz dinləməyə yol verdiyi ifadə olunub.

V.Xasayevin bildirdiyinə görə, V.Ələsgərov ittiham aktı oxunduqdan sonra çıxış edib. O, bütün ittihamları rədd edib.

“V.Ələsgərov bütün ittihamlar üzrə özünü təqsirsiz hesab etdiyini bildirdi”, vəkil deyib.

Məhkəmə iyunun 14-də davam edəcək.

Naxçıvan Milli Təhlükəsizlik naziri V.Ələsgərov 2015-ci ilin dekabrında işini itirib.

Naxçıvanda bu nazirliyin bazası əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında barəsində həbs-qətimkan tədbiri seçilib. Martın 29-da həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı il mayın 7-də V.Ələsgərov barəsində yenidən həbs-qətimkan tədbiri seçilib.

Vəkilinin bildirməsinə görə, o istintaq prosesində fiziki işgəncələrə və təhqirə məruz qalıb.

Ancaq Azərbaycan və Naxçıvan Muxtar Respublikası hüquq mühafizə orqanları işgəncə iddialarını təkzib edirlər.

V.Ələsgərovun özünün də nazir işləyərkən işgəncələrlə bağlı göstəriş verdiyi iddia olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG