Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:09

“Sovetski”də 3425 obyekt satın alınıb


-

“Sovetski” adlanan ərazidən dövlət ehtiyaclarından ötrü satın alınan yaşayış obyektlərinin sayı açıqlanıb

“İndiyə qədər “Sovetski”dən cəmi 3425 yaşayış obyekti satın alınıb. Həmin yaşayış obyektlərindən 2715-i könüllü alqı-satqıdan keçib”.

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov iyunun 13-də “Sovetski” sakinlərinə yeni mənzillərin açarlarının təqdim olunması mərasimində belə deyib.

Onun bildirdiyinə görə, yerdə qalan 710 yaşayış obyekti dövlət ehtiyaclarından ötrü alınıb. İcra hakiminin müavini həmin evlərin də vəsait ödənilməklə, könüllü alındığını bildirib.

111 sakinə ev verilib

APA-nın xəbərinə görə, “Sovetski” sakinlərinə yeni bina Nərimanov rayonundakı Koroğlu Rəhimov küçəsində verilib. Bina 9 mərtəbəlidir. “Sovetski” sakinlərinə binadakı 1 otaqlı mənzillərin açarları təqdim olunub.

Təqdimat zamanı 111 “Sovetski” sakini mənzil alıb. Mənzillərin bölüşdürülməsi püşkatma yolu ilə həyata keçirilib.

Mənzillərin istilik sistemi, rabitə xətləri ilə təchiz olunduğu, bildirilir.

Həmin şəxslərin “Sovetski”də kiçik sahəli yaşayış yerləri olub. Hakimiyyət rəsmiləri bundan əvvəl bildirmişdilər ki, həmin yerlərə görə, veriləcək kompensasiyalarla yeni mənzil almaq mümkün olmadığından onların sahiblərinə ayrılıqda bina verilib. Həmin binada onlar 1 otaqlı mənzillə təmin olunurlar.

Ancaq “Sovetski”-də, hələ də, bəzi ailələr köçməkdən imtina edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG