Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10

►Azərbaycanın əlaqəli qurumları külli miqdarda narkotikin sərhəddən neçə keçməsini şərh etmir

Gürcüstan gömrükçüləri Azərbaycandan gələn yük maşınında 178 kiloqram heroin aşkar ediblər.

Turan-ın xəbərinə görə, Gürcüstan Gömrük İdarəsinin bilgilərinə belə deyilir.

Məlumata görə, narkotik yük maşınının xüsusi təchiz edilmiş gizli yerində gizlədilib.

Narkotiklərin 356 briketdə qablaşdırıldığı bildirilir. Yükün İrandan Azərbaycan, Gürcüstan və Ukrayna vasitəsilə Niderlanda daşındığı qeyd edilir.

Yük maşınının kimə məxsus olduğu, sükan arxasında kimin olduğu bildirilmir. Gürcüstan Daxili İşlər Nazirliyinin istintaqa başladığı xəbər verilir. Ancaq saxlananlar haqqında məlumat yoxdur.

Azərbaycanın əlaqəli qurumları olayla bağlı hər hansı açıqlama verməyiblər. Rəsmilər külli miqdarda narkotik vasitənin Azərbaycan sərhəddindən necə keçməsini şərh etməyiblər.

Sözügedən marşrut üzrə böyük həcmdə narkotik daşınması əvvəllər də baş verib.

Ən çox səs-küyə səbəb olan hadisə iki il əvvəl qeydə alınmışdı. Həmin vaxt Gürcüstan gömrükçüləri Azərbaycandan gələn yük maşınında bir tona yaxın heroin aşkar etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG