Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:49

-

Mərkəzi Bankın (MB-nin) vəsaitlərin cəlb edilməsi üzrə iyunun 13-də keçirdiyi depozit hərracında 129 milyon manat cəlb edilib.

Bu barədə MB-dən yayılan məlumatda bildirilir.

Baş bank ilk hərracda istədiyi vəsaiti cəlb edə bilməyib. MB-ın ilk hərracda 150 milyon manat vəsait cəlb etməyi planlaşdırdığı bildirilirdi.

Bankın məlumatında qeyd edilir ki, müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanıb.

“Depozit əməliyyatları pul bazarının inkişafı və pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə də yönəlib. MB bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcək. Pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcək, - deyə məlumatda qeyd edilir.

Azərbaycanda depozit hərracı ilk dəfə keçirilirdi

Günün bütün mövzuları

XS
SM
MD
LG