Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:56

-

Vətəndaşların banklardakı əmanətlərində azalma var. Mərkəzi Bankın açıqladığı hesabatdan belə bəlli olur.

Hesabatdakı bilgilərə görə, apreldə fiziki şəxslərin əmanətlərinin həcmi 203 milyon azalaraq 7 milyard 685 milyon manata düşüb.

Vətəndaşların əmanətləri 2015-ci ilin sonu ilə müqayisədə, 1 milyard 788 milyon manat (18,88 faiz) azalıb.

Mərkəzi Bankın bilgilərinə görə, bütün əmanətlərin 1 milyard 407 milyon manatı milli valyutadadır. 6 milyard 277 milyon manatlıq əmanət kütləsi isə xarici valyutada saxlanır.

Bir ayda kredit kartları 31 min azalıb

Xarici valyutada olan əmanətlər bir ayda 100 milyon, manatla olan əmanətlər isə 104 milyon manat azalıb.

Bank sektorunda baş verənlər kredit kartlarından istifadəyə də ciddi təsir göstərib. Fins.az-ın xəbərinə görə, aprel ayında kredit kartlarının sayı azı 31 min ədəd azalıb. Hazırda 5 milyon 403 min kredit kartından istifadə edildiyi bildirilir.

Saytın xəbərinə görə, indi kredit kartlarının sayı 2015-ci ilin sonu ilə müqayisədə 256 min ədəd azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG