Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

6 dəfə paralimpiya çempionu olan yüngül atlet Oscar Pistorius iyunun 13-də məhkəmə qarşısında dayanıb.

İyunun 17-də ona sevgilisi Riva Stinkampın (Reeva Steenkamp) qətliylə bağlı hökm oxunmalıdır.

Ondan bir qədər əvvəl fotomodelin valideyinləri məhkəməyə gəlib.

Pistorius 2013-cü il fevralın 14-də onu bağlı qapı arxasından vanna otağında güllələyib.

İdmançı sevgilisini oğru bilib güllələdiyini iddia edir.

Məhkəmə 2014-cü ilin yanvarında, uşaqlıqdan bir ayağını itirmiş idmançını bilməyərəkdən qətl törətməkdə günahkar bilib.

Amma yarim ildən sonra iş dəyişib və indi o bilərəkdən qətl törətməkdə ittiham olunur.

29 yaşlı idmançını 15 il və ya ömürlük həbs gözləyir və artıq onun hökmdən şikayət verməkhüququ yoxdur.

Hakim Erik Linç hesab edir ki, hətta idmançı evdə oğru olduğunu güman etsə belə, xəbərdarlıq atəşi açmalı idi.

XS
SM
MD
LG