Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:54

-

Almaniya kansleri Angela Merkel Çində üç günlük səfərdədir. O, iyunun 12-də Pekin Universitetindəki çıxışında deyib ki, ölkədə müstəqil ədliyyə sisteminin olması vacibdir. Merkel tələbələrə hüququn aliliyinin vacibliyindən danışıb.

«Bu o deməkdir ki, ədliyyə siyasətdən müstəqil şəkildə, qanunlara, qanunvericiliyə əsasən qərar verir və hər bir kəs qanun qarşısında bərabərdir».

O, tələbələrə məhkəmə prosedur və qaydalarının şəffaflığından da danışıb. Deyib ki, hüququn şəffaf aliliyi ölkədə sosial sabitliyi gücləndirir.

Çin hökuməti insan haqları qrupları və fəallarına böyük təzyiqlərə görə tənqid olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG