Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44

Bazar günü ABŞ-ın Orlando şəhərindəki gecə klubunda 50 nəfərin ölümü ilə nəticələnən atışma 11 sentyabrıdan sonra ABŞ tarixində ən pis terror aktı hesab olunur.

Ölkə botu anın mərasimləri keçirilir.

Ağ evdə dövlət bayrağı aşağı salınıb, Orlando xəstəxanalarında yaralılara qan vermək üçün növbələr yaranıb.

Yralıların sayı 50-dən çoxdur.

Hakim dairələr Federal Təhqiqat Bürosunun son bir neçə ildə internetdəki şərhlərinə görə Ömər Mətini yoxladğını bildirir.

O, bu hücum ərəfəsində hüquq-mühavizə orqanına zəng edərək “İslam Dövləti” qrupuna sadiqliyini bildirib.

29 yaşlı Ömər Mətinin keçmiş həyat yoldaşı Sitarə Yusifi onunla 7-8 il həyat sürdüyünü və onun psixoloji problemələri olduğunu deyir:

“Əvvəllər o, normal idi, ailəsinin qayğısına qalır, zarafat və şənlənməyi sevirdi.Amma evlənəndən bir neçə ay sonra hiss elədim ki, o idarə olunan deyil və adi şeyə görə cinlənə bilər. Onda mən narahat olmağa başladım, bir neçə aydan sonra isə o məni döyməyə başladı”.

Yusifi bundan sonra evdən qaçır və ayrılırlar.

Onun sözlərinə görə, Mətin polis olmaq istəyirmiş. Onun polis dostları da var imiş və onlarla məşqə gedirmiş.

Bundan başqa onun silah gəzdirmək icazəsi də varmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG