Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:35

Yağışlar azalır


Yağış
Yağış

-

İyunun 14-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.

Sabah ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Bəzi dağlıq rayonlarda gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı bildirilir. Gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Son həftə ölkənin müxtəlif bölgələrinə aramsız yağışların yağdığı bildirilir. Yağıntılardan Şamaxı, İsmayıllı və Tovuz rayonlarında çayların daşdığı, körpülərin uçduğu deyilir.

XS
SM
MD
LG