Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:16

"General" adlı itin xatirələri


"İt ürəyi" filmindən kadr (1988)
"İt ürəyi" filmindən kadr (1988)

Yaşar Bünyad - Adsız hekayə

-

Örtüyün altından iki cüt ayaq görünürdü. Qırmızı, isti dilimi çıxarıb onları yalamağa başladım. Elə bil bu isti təmas onları daha da coşdurdu.

Yaşar Bünyad

ADSIZ HEKAYƏ

-Bax, buna deyərəm,hürmək!.. Bərəkalla!..
“Əslində, hürməyim, təkcə yeni sahibimə deyil, özümə də ləzzət eləyirdi. Havvv!...Ham-ham-hammmm!... Əladıki! Yazıq, birinci sahibimbu günü görmədən öldü. Yaxşı kişiydi; yeyib-içən, kefkomun biriydi, həm də baz!..Ay səni, şərəşur!..Qohum - əqrabası, kənd camaatı da elə bilirdi sakit, fağırın biridi, adama yovuşmazdı, nə bilim nədi...Çoxları, iti də özünə oxşuyur- lal-dinməz, deyirdi, bəzisi heç it yerinə də qoymurdu bədbəxti... Mənimçin çox əziyyətlər çəkdi. Nolar it olanda, vicdanım ki, var?!.. Kişi, insafən, yediyindən-içdiyində (araqdan başqa) mənə verər, tez-tez arxda çimizdirər, əldən-ayaqdan gedər, son nəfəsinəcən bircə şey gözləyirdi məncə: hürmək!.. Qorxunc görünüşümlə hamını vahiməyə salsaydım da, balacaydım, qanmırdım, bəlkə də vicdanım hələ formalaşmamışdı, nə bilim. Allahın lal heyvanıydım, nə illah eləyirdim, hürmək nədi, heç əməlli-başlı mırıldaya da bilmirdim. Bilmirdim niyə...


Təzə sahibim məni çöllü-biyabanda veyillənərkən görmüşdü.O gün ki, bilmirdim nisgildən, yoxsa bu geniş dünyada tənha qalacağımdan qorxaraq ağzımı göyə açıb necə ulamışdım haa, hə, o gün, başa düşmüşdüm ki, sahibsiz it, susuz dəyirman kimidi, cansız daşdı, pulsuz kişidi.., üz tutmuşdum çöllüyə, özümə yiyə axtarmağa. Amma yox, əvvəlcə kənd qəbristanlığına getmişdim. Kərim kişinin məzarı başında doyunca ulamış, ulamışdım.., lap yalquzaq kimi!...

Yaşar Bünyad
Yaşar Bünyad

Necə oldusa çölün düzü ürəyimi sıxdı. Ac idim. Zibilliklərdə eşələnməkdən bezmişdim. Zibilxanalarda dişə batan bir şey qoyurmu ki, adamlar?!...Nə isə, bezdim, götürüldüm yol qırağına-üzü şəhərə. Təzəcə sülənirdim ki, yanımdan şütüyüb keçən iri, ağ maşın dayandı. Ürəyim gup-gup guppuldayırdı.Bir də gördüm maşın dal-dalı qayıdır mənə sarı. Aman Allah, yəni mənə görə?.. Hə, dayandı. Qorxurdu deyəsən. Əvvəlcə pəncərənin şüşəsini saldı, baxdı, gülümsündü, deyəsən adımı soruşdu, bəlkə də sahibimi, bilmirəm, halım onsuz da yox idi. Gülməyi də bacarmıram. Qaçmadım, heçhürmədim də... Yaşlı, zəhimli kişiydi, yanında gözəl,cavan bir qadın da vardı. Yanındakından kağıza bükülü nəsə götürdü. Astaca qapını açıb mənə tərəf gələndə sevincimin həddi-hüduduolmasa da biruzə vermirdim. Elə düşünməsin ki, yerdə-yurdda qalmışın biriyəm!.. Qulaqlarımı şəklədim ki, onun səsini yaxşı eşidəm; zəhmli, kobud olsa da itsevər olduğu hiss olunurdu. Əlindəki bükülünü açıb qənşərimə qoydu. Şükür sənə, ilahi! Necə iştahalı görünür! Ətri burnumun dəliklərindəki zibilxana ifunətini elə qovdu ki!.. O, açıq pəncərədən başını çıxaran gözəlçə, mənə elə baxırdılar, elə bil it-zad görməmişdilər. Bilirdim ki, mənim narıncı tüklərimə, gözəl, işıldayan gözlərimə, mərd qamətimə tamaşa etmirlər. Baxırdılar ki, qənşərimə qoyduğu iri qızardılmış ət tikəsini yeyəcəm, ya yox. Özümü naza qoymadım, məni bihuş edən qızardılmış sümüksüz tikəni yeməyə başladım. Məni qınamayın, it kimi (? ) acımışdım axı!... İştahım xoşuna gəldi kişinin. Əlində nəyisə basdı, “cük-cük” eləyib maşının arxa qapısı açıldı, əlini uzadaraq yük yerini göstərdi, yəni,gəl. Mənə haa... Əvvəl döyükdüm, gah əli havada qalan kişiyə, gah başı pəncərədən asılı qalmış xanıma, gah da ağzı açıq yük yerinə baxdım. Sanki şəraiti, vəziyyəti öyrənib məni gözləyən gələcəyimi götür-qoy edirdim. Və birdən qismətimlə barışaraq maşının yük yerinə sarı cumdum...


İndi bu nəhəng həyətdəyəm; göy üzündən başqa heç yer görünməyən, bağlı-bağatlı bir malikanənin həyətində. Adamlar da mənim yaşayışıma həsəd apara bilər, lap paxıllıq da edər məncə ; ayrıca otağım, ayrıca vannam, rahat yatağım...Yeməyim də gündə üç dəfə, özü də iri-iri yağlıtikələr!...Yaşa da!..
Məni bura gətirən günü hamama salıb çimizdirdilər. Həyatımda ilk dəfəydi köpüklü şampunla çimirdim. Həm də ətirli. Ayrıca ağ dəsmalla, sonra fenlə qurulayıbhəyətə buraxdılar ki, günəş şüası qəbul edim. Onda başa düşdüm ki, gözəl yaşamaq hər itə nəsib olmur!..


Yeni sahibim (Allah onu qorusun!), varlı-hallı, qonaq-qaralı, əliaçıq kişidi. Başqalarını bilmirəm, məni çox istəyir. Gələn qonaqlarına məni göstərib ağzı sulana-sulana tərifləyir. Mənə elə qabda su, yemək verir ki, gün vuranda par-par parıldayır. Bircə gün çimizdirilməsəm qulluqçunu danlayıb deyir:
- Gərək ondan gül iyi gəlsin, it iyi yox!


Qulluqçu da and-aman etdi ki, vallah, bir saat əvvəl, ən bahalı şampunla çimizdirmişəm. Belə anlarda insan kimi danışa bilmədiyimə heyfislənirəm. Axı, gözünün içinəcən yalan deyirdi. Ümumiyyətlə, insanlar yalan danışmaqda mahirdi. Hayıf ki, bunu deyə bilmirəm, hürüb, hürübözümü sakitləşdirirəm...
Bəzən sahibim neçə günlərlə gözə dəymir. Həə, bax onda, mənə sahibəm, o gözəl xanım qulluq edir. Məncə, o, daha əliaçıqdı. Həmişə ətin ən yaxşı tikələrin qabıma qoyur, maşınında gəzməyə aparır, qucaqlayıb öpür də. Sahibim boynumu, belimi, arada çənəmi oxşayıb sığallayır, yaxşı itsən deyir, amma bu, öpür, qucaqlayır. Hə, qulaqlarımı ikiəlli tutub yuxarıqaldırır, sinəsinə sıxaraq duz kimi yalayır məni.”Uxxx, mənim Generalım!” da deyir. Adımı hardan bilir- bilmirəm. Mənə xoş gəlir ancaq. (Gör neçə vaxtdı öz adımı eşitmirəm.)

Sahibsiz it
Sahibsiz it

Bir gün təbii ehtiyacımı ödəmək üçün iri armud ağacının dibinə cumdum. Sağ ayağımı təzəcə qaldırmışdım ki, sahibəmin mənə baxdığını gördüm. Utanmağına utanmadım, burda utanmalı nə varki?! Amma heç vaxt adamların mənə belə baxdığını görməmişdim deyə quyruğumu bulayaraqdalımı ona sarı çevirib rahatlandım, torpağı eşib sidik köpüyünü basdırdım ki, iy gəlməsin. Sahibə xanım uğunub getdi. Mənsə hürdüm...


Ən zəhləm gedən çənəmə, başıma keçirilib kip bağlanan qapaq kimi bir şeydi. Heç düşmənimə də arzulamıram. Dəhşətdi! Kiməsə hücum edib qapmağımdan qorxurlar yəqin. Aqibətxeyir onuancaq adam içinə çıxanda bağlayırlar, yoxsa ürəyim partlayar. Bu mənə əzab verir. Özümə, it olmağıma nifrət edirəm. Bir gün,o zəhirmarı başıma keçirib maşına mindirdi. Xaltamı da oturacağın altında nəyəsə düyünlədi, elə bil qaçacam. Hara qaçıram ki?! Belə yaşayışdan hansı axmaq qaçar?!.. Maşın yerindən elə götürüldü ki, az qala başım əzilmişdi.Allah saxladı. Hə, sahibəm yol boyu gic-gic mahnılara qulaq asa-asa gəlib bir malikanənin qabağında dayandı. Çox gözləmədik. Bir göz qırpımında hündür boylu cavan oğlan qapıda göründü, maşının qapısın açıb gülümsədi, əlini öpdü, sonra da məni bic-bic süzüb nəsə dedi, sahibəmi evə apardı. Elə bilirdim məni də özləriylə götürəcəklər, amma mən, burnumun deşikləri güclə yerləşən alayarımçıq açılan maşın pəncərəsinin bu tayında qaldım... Darıxdım. Bir yandan, sankitərslikdən, koldibi istəyirdim. Pəncərəni, oturacaqları cırmaqlaya-cırmaqlaya çabalayırdım. Maşının içinəbatırmayacaqdımki! Yol-irizdən də ötən yox, bu insafsız da gəlib çıxmaq bilmirdi. Fikir vermişdim, onlar gedəndə, maşının kölgəsi görünmürdü, indi isəasta-asta evin divarınasarı sürünür. Deməlixeyli vaxt keçmişdi. Hansı vacib işləri vardısa mən yaddan çıxmışdım;nə veclərinə ki, qovrula-qovrula qalmışam burda. Ham-ham-haaamm!...


Nəhayət qapı açıldı.Oğlan, elə qapının ağzındaca, köynəyini düymələyə-düymələyə sahibəmin yanağından öpüb qapını bağladı. Şüşəni cırmaqlayaraq bərkdən hürdüm. Elə bil indi görürdü məni. “Aaaa...” eləyib qapını açdı, mən də küçənin tinindəki kolluğa götürüldüm!..
Hər dəfə sahibim harasa gedəndə, xanımı o zibili başıma keçirdib məni bu evə gətirirdi.


Bizim həyətdəkitəmtaraqlı ziyafətlərdə o cavan oğlanı çox görmüşəm. Həmişə də ev sahibininyanından əl çəkməz, göstərişlərinican-fəşanlıqla yerinə yetirirdi. Amma heç vaxt cavan xanıma yaxın gəlməz, sahibim evdə olmayanda bu qapıda görünməzdi. Heç vaxt! Yəqin belə lazımmış...
Amma bir gün...


Axşam düşür, kölgələr yox olur, səs-səmir kəsilirdi. Bu cür axşamlarda nəhəng malikanəyə elə sakitlik çökürdü ki, sanki suyun altındasan. Mən yay mətbəxinin böyründəki taxta “ev”də uzanıb birinci mərtəbədə bərq vvuran billur çılçırağı seyr edirdim. Qulluqçular çoxdan çıxıb getmişdi. Evin xanımı yəqin ki, televizorda gic-gic şeylərə baxırdı. Qəfilqapı zəngibu sükutu çilik-çilik elədi. Nədənsə hürmədim. Çox keçmədi, sahibəm, ağappaq ipək paltarda həyətə çıxdı.( İnsafən o, çox gözəldi! ) Adətən qapını ya qulluqçu açır, ya da evin kişisi, özü də gözlükdən baxıb gələnin kim olduğunu biləndən sonra. Xanım vaxtsız qonağın kim olduğunu bilirdi ki, arxayınca qapını açdı. Gözümə otaqlardan süzülən gur işıq düşdüyündən, əvvəl-əvvəl gələni tanımadım. Haçan onlar həyəti ötüb yay mətbəxinin qarşısındakı talvara çatdılar, onda oğlanı tanıdım. Xanım sahibəm məni qucaqlayan kimioğlanı qucaqlayıb sinəsinə sıxır, qulağına nəsə pıçıldayır, sonra da dodağlarını öpürdü. Oğlan narahat idi, bəlkə də ehtiyat edirdi; tez-tez o yan-bu yana baxır, xanımın istəklərinə cavab verməyə cəsarət etmirdi. Xanım içki süzdü, meyvə dilimlədi. İçdilər. Soyundular. Qırmızı kirəmidli talvarın altındakı divanı açdılar, məni veclərinə almadan,it yerinə qoymadan qol-boyun oldular. Onlar əcaib səslər çıxardıqca, nədənsəbədbəxtsahibimə yazığım gəldi. İtliyim tutdu, hürmək, ulamaq istədim, amma saralmış dişlərimi qıcıyaraq səhərə kimi dözdüm. Yuxudakeçmiş sahibimi gördüm... O, arada sevgilisinin yanına gedəndə məni də aparardı. Düzdü, mən dəhlizdə, balaca, yun adeyalın üstündəmürgüləyərdim, amma yataq otağının açıq qapısından görürdüm axı nə hoqqalardan çıxdığını. Neçə dəfə olub ki, məni heç it yerinə də qoymadan, utanmadan, yanımda lüt anadangəlmə, o yana-bu yana gedib-gəlirdilər... Amma yoox.., onlar başqa,bunlar başqa. Mırrrr...


Səhərə az qalır.Tək-tük şütüyən maşınların uğultusu aydın eşidilir. Qulaqlarımı şəkləyib uzanmışam. Onlara tərəf baxmaq ürəyimi bulandırsa da, arada, elə-belə, gözaltı qalxıb-enən ipək örtüyə nəzər salıram. Mırrrrr!...Mırrrrrr!... Qırmızı gözlərimi, iti dişlərimi, dəmir kimi caynaqlarımı görən tük salır, girməyə deşik axtarır, bunlarsa...bunlarsa... Nə olacaq olacaq!


Taxta evimi tərk edib talvara yaxınlaşdım. Açıq divanın başına dövrə vurub dayandım. Örtüyün altından iki cüt ayaq görünürdü. Qırmızı, isti dilimi çıxarıb onları yalamağa başladım. Elə bil bu isti təmas onları daha da coşdurdu, divan, daha tez-tez silkələnməyə başladı. Qəribə səslər çıxarırdı. Divan yox ee, oğlan!.. Mən elə səs çıxarsaydım, it qovan kimi qovardılar qapıdan!..
Dayana bilmədim. Bütün bədənimi silkələyən bu mənzərəyə, itliyimlə, baxa bilmirdim. Dişlərimi qıcadım, ağzımın suyunu divanasürtüb örtüyün ucundan tutub dartdım.Örtük yerə düşən kimi ləzzətlə hürməyə başladım: “Ham-ham-hammmmm!..” Burda, onların yanında olduğumu indi duydular.

Oğlanbərkdiksindi. Deyəsən, ev sahibini görürmüş kimi qorxdu. Ağ rəngi bir az da ağardı. Lap ölüyə döndü. Özünə gələndə bir bağırdı ki, mən elə bağıra bilməzdim, yəni hürə bilməzdim. Xanım, mənim adam yox, it olduğumu görüb əsəbiləşdi : “Ay it, rədd olll!... Zaraza, vsyo isportila!” -dedi, heç üstünü örtməyə də ehtiyac duymadı.Oğlan hələ də çığırırdı. İstədim onun gözəgəlimli yumşaq ətrinə bir diş vurub qoparam, sonra fikrimi dəyişdim. Qorxdum ki, xoşuma gələr, sonra insan ətinə yerikləyərəm. Xanım məni söyə-söyə, cavan oğlanı sakitləşdirərək paltarını geyirdi. Hürməyə ara vermədən divanın başına fırlanır, oğlanın nə vaxt çıxıb gedəcəyini gözləyirdim. Xanım sahibəm nə fikirləşdisə, qışqırdı:


-Tez ol, geyin! Ağciyərin biri ağciyər!.. Şakir olsaydı itin yerinə, neylərdin bəs? Batırardın yəqin...?!
-Uje...uje...g-g-geyin-dim...ge-gedirəm, vsyo!...
Mən ara vermədən hürürəm, o əl-ayağı əsə-əsə toqqasını bərkidir, xanım qışqırır...


Mənə ləzzət eləyirdi bunlar! Ham-ham-hammm!!!
-Sən də kəs bu iyrənc səsini! Mumla, xvatit!-Mənə deyir xanım. Hürürəm. Heç dayanaram...


Az sonraiçimi narahatçılıq bürüdü; bildim ki,gözəl yaşayışım burnumdan gələcək!Çünki, cavan oğlanı yola salıb evə qayıdanda,sahibə xanım dodağaltı mızıldadı:


-Qudurğan köpək!.. Sənin yerin,elə zibilxanadı!... Qoy Şakir gəlsin...
Hə, deyəsən, hürməyim başıma bəla olacaq. Eh, heç vecimə də deyil !... “

XS
SM
MD
LG