Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:55

ICSS azarkeşləri də, təşkilatçıları da pislədi


ICSS azarkeşlərin Marseldəki qəddar davranışını pisləyir

ICSS azarkeşlərin Marseldəki qəddar davranışını pisləyir

-

Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzi(ICSS) saytında Rusiya və İngiltərə yığmaları arasında Marseldə keçirilən oyunda zorakılıq hallarına yol verən bu iki ölkədən olan azarkeşlərin davranışını pisləyən bəyanat yayıb.

Bəyanatda turnirin təşkilatçılarının təhlükəsizliyin təmin olunması ilə bağlı lazımi tədbirləri görmədiyi də vurğulanır:

«ICSS azarkeşlərin Marseldəki qəddar davranışını pisləyir. Futbolçuların, azarkeşlərin və tamaşaçıların şəxsi təhlükəsizliyi çox vacibdir. Rus fanatlar səddi aşaraq ingilislərin sektoruna adlaya bilib. Bu isə o deməkdir ki, sektorları ayırmaq üçün görülən tədbirlər yetərli olmayıb. Belə çıxır ki, bütün sistemdə boşluqlar var. Bu üzdən sistemə yenidən baxılmasına təcili ehtiyac duyulur. Belə böyük tədbirin təşkilinin mürəkkəbliyini, təhlükəsizliyi 100 faiz təmin etməyin mümkünsüzlüyünü anlayırıq. Ancaq praktika göstərir ki, təhlükə riskini aşağı salmaq olar».

XS
SM
MD
LG