Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:51

-

Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi küçələrində nəqliyyat sıxlığının yarandığı bildirilir.

«Report» Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, paytaxt küçələrində sıxlıq bu həftə başlayacaq «Formula-1» yarışlarına görə tətbiq edilən hərəkət məhdudlaşdırmaları ilə bağlıdır.

Hazırda Bülbül prospekti, Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva küçəsinin Səməd Vurğun küçəsi və Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindəki yolların avtomobillərin hərəkətinə qapadıldığı bildirilir.

Bakıda «Formula-1» yarışları bu il iyunun 17-19-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG