Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:19

-

Bakıda polis idarəsində intihara cəhd hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisə bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan Xəqani Məmmədovun siqaret filtrini əridərək düzəltdiyi kəsici alətlə boyun, ayaq və əllərini doğradığı bildirilir.

X.Məmmədovun xəstəxanaya yerləşdirildiyi, qan itkisinin qarşısının alındığı və onun xilas edildiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ilə bağlı hüquq-mühafizə orqanları şərh verməyiblər. X.Məmmədovun nədə təqsirləndiyi də açıqlanmayıb.

Bununla bağlı onun və vəkilinin mövqeyi də bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG