Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:54

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 48 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Qazax rayonundakı adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndindəki mövqeləri atəşə tutulub.

Habelə, Berd rayonunun Çinari, Mosesqex kəndlərindən Tovuz rayonunun Ağbulaq, Ağdam kəndlərinin vurulduğu açıqlanıb.

Bundan başqa, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu qeyd edilib.

Müdafiə Nazirliyinin iyunun 12-dəki açıqlamasında atəşkəsin gün ərzində 36 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG