Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:25

-

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) deyir ki, Floridada Orlando gecə klubunda 50 nəfəri öldürmüş silahlı qətli törətməzdən öncə polisə zəng edib, özünü İslam Dövləti (İŞİD) adlandıran silahlı qruplaşmaya sədaqət andı içib.

FBI həmin silahlı insidentdə 29 yaşlı Omar Mateen-i məsul tutub. O, əfqan əsilli ABŞ vətəndaşıdır. Mateen insident zamanı polis tərəfindən qətlə yetirilib.

ABŞ Prezidenti Barack Obama hücumu “terror və nifrət hərəkəti” adlandırıb.

Orlandonun meri Buddy Dyer iyunun 12-də deyib ki, hücumda yaralanmış 53 nəfər xəstəxanaya yerləşdirilib.

İŞİD-i dəstəkləyən Amaq xəbər agentliyi iddia edir ki, hücumu İŞİD “döyüşçüsü” həyata keçirib. Ancaq onun İŞİD yaraqlı qrupundan təlimat aldığı, yoxsa onun ideologiyasından ruhlandığı bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG