Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:48

Ukrayna cəbhəsində atəşkəs pozulub


Luqanskıdakı son vuruşmalarda öldürülən separatçı. 10 iyun, 2016

Luqanskıdakı son vuruşmalarda öldürülən separatçı. 10 iyun, 2016

Kiyev və separatçılar bir-birini Donbasda atəşkəsi pozmaqda ittiham edirlər. Ukrayna hərbçilərinin verdiyi məlumata görə, tanınmamış Donetsk Xalq Respublikasının döyüşçüləri iyunun 12-də gecə təxminən 800 dəfə mövqelərə atəş açıblar. Qarşı tərəfsə hökumət qoşunlarının onların mövqeyinə 600 dəfə atəş açdığını bildirir.

Ukrayna prezident administrasiyasının ölkənin şərqindəki hərbi əməliyyatlar üzrə nümayəndəsi Aleksandr Motuzyanik sutka ərzində 12 ukraynalı hərbçinin yaralandığını deyir. Onun sözlərinə görə, Donetsk ətrafında, Mariupol və Luqanskda gedən döyüşlərdə artilleriyadan istifadə edilib. DXR isə 4 separatçının öldürüldüyünü bildirir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2014-cü ilin baharından davam edən münaqişə zamanı 2600 hərbçi ölüb, 9 mini yaralanıb.

Kiyev və Qərb ölkələri Rusiyanı Ukraynanın şərqində separatçılara dəstək verməkdə ittiham edir. Kreml bu ittihami rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG