Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:51

İran aktivlərinin əlindən çıxmasına etiraz edir


İran və Kanada bayraqları
İran və Kanada bayraqları

İran Kanada məhkəməsinin Tehranın qeyri-diplomatik aktivlərinin Hamas və Hizballah döyüşçülərinin qurbanlarına verilməsi barədə çıxardığı hökmü pisləyib. Məhkəmə qərarında bu qrupların İran tərəfindən maliyyələşdirilməsi qeyd olunur.

İyunun 11-də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Jaber Ansari “məhkəmə hökmünün Kanada hökumətinin götürdüyü beynəlxalq öhdəliklərə zidd getdiyini” deyib. İRNA Ansaridən sitat gətirərək bildirir ki, Kanadanın Ontario Ali məhkəməsinin hökmü “həm də yeni Kanada hökumətinin İranla münasibətləri normallaşdırmaq qərarına da ziddir”.

İyunun 10-da Kanada məhkəməsi İranın torpaq və bank hesablarındakı təxminən 13 milyon ABŞ dollar qeyri-diplomatik aktivini 1983-2002-ci illər ərzində Argentina, İsrail, Livan və Səudiyyə Ərəbistanında qətlə yetirilən və girov götürülən amerikalıların ailələrinə verilməsi barədə hökm çıxarıb.

Bu terror hadisələrində yüzlərlə insan həlak olub. Kanada məhkəməsi İranın Hamas və Hizballah yaraqlılarının təliminə görə məsuliyyət daşıdığını və bu qrupların maliyyə dəstəkçisi olduğunu bildirib.

Terror qurbanlarının ailələri bu ilin əvvəllərində ABŞ-da məhkəmədə qələbə çalıb. Amma Tehran həmin hökmü də qəbul etməyərək onu beynəlxalq məhkəmələrdə baxılmasını istəyib. İran nə ABŞ, nə də Kanada məhkəməsində özünü müdafiə etməyib.

XS
SM
MD
LG