Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:54

Ukraynada LGBT marşı keçirilir [yenilənib]


Kiyevdə LGBT marşı
Kiyevdə LGBT marşı

Kiyevdə LGBT-yə dəstək aksiyası “Bərabərlik marş”ı başa çatıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, aksiya zamanı 50 nəfər saxlanılıb.

“Bərabərlik marş”ı “KievPrayd-2016” beynəlxalq forumu çərçivəsində keçirilib. Məqsəd cinsi azlıqlara qarşı diskriminasiyaya etiraz etməkdir. Aksiyada diplomatlar, Avropa qurumlarının nümayəndələri, siyasətçilər də iştirak edib.

Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryakin sözlərinə görə, hər bir iştirakçını dörd polis mühafizə edib. Bunun üçün 6000 polis əməkdaşı cəlb olunub.

Məlumat verilmişdi ki, Ukrayna paytaxtı Kiyevin mərkəzində LGBT cəmiyyətinin hüquqları uğrunda “bərabərlik marş”ı keçirilir. Aksiyada yüzlərlə insanın iştirak etdiyi deyilir. Onlar əllərində Ukrayna simvolları və al-əlvan bayraqlar tutublar. Tədbirdə siyasətçilər və diplomatlar da iştirak edir.

Aksiya iştirakçılarının toplandığı ərazi polislə əhatələnib, yaxınlıqda bir neçə polis avtobusu var. Marşın keçirildiyi yerə bitişik küçələr bağlanıb.

“Ukrainskaya pravda” xəbər verir ki, tədbir zamanı naməlum kişi iştirakçılardan birinin əlindən Ukrayna bayrağını dartaraq alıb və “Təhqir etmə” deyib. Bundan sonra polis həmin şəxsi saxlayıb.

XS
SM
MD
LG