Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:21

Atəşkəsin 36 dəfə pozulduğu deyilir


Qarabağda erməni əsgərləri, May, 2016

Qarabağda erməni əsgərləri, May, 2016

Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 36 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonundan Azərbaycan ordusunun Qazax rayonunun Kəmərli və Fərəhli kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Cəbrayıl rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb

Müdafiə Nazirliyinin iyunun 11-nin açıqlamasında atəşkəsin gün ərzində 25 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. . Görüşdən sonra atəşkəsin pozulması halları ümumilikdə nisbətən azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG