Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:11

Bakıda Rəşid Behbudova abidə qoyuldu


Rəşid Behbudovun heykəli
Rəşid Behbudovun heykəli

-

Bakıda məşhur müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun heykəli ucaldılıb. Abidə sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrının qarşısına qoyulub.

«Trend»in xəbərinə görə, abidənin açılış mərasimi sentyabrda keçiriləcək.

Heykəlin müəllifi xalq rəssamı, Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayevdir.

Rəşid Behbudov 1915-ci ildə Tbilisidə doğulub. Müğənni karyerasına Tbilisi estrada qruplarından birində başlayıb. Ardınca Ermənistan Dövlət Caz Orkestrində solist olub.

1943-cü ilin sonunda «Arşın mal alan» filmində baş rola dəvət alan R.Behbudov tez bir zamanda Azərbaycanda, bütünlüklə Sovet İttifaqında populyarlıq qazanıb. «Arşın mal alan» 1945-ci ildə yayınlanıb.

O, 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblına təşkilatçılıq və rəhbərlik edib.

Azərbaycan Dövlət Mahnı Teatrını da R.Behbudov yaradıb. Müğənni ömrünün sonunadək (1988) teatrın solisti və bədii rəhbəri olub.

XS
SM
MD
LG