Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

İranın pulları başqasının adına keçirildi


World -- Court session - generic

World -- Court session - generic

-

Kanada məhkəməsi İran hesablarındakı pulların Tehran tərəfindən maliyyələşdirilən «Həmas», «Hizbullah» qruplaşmalarının hücumları nəticəsində zərərçəkmişlərə verilməsi barədə qərar çıxarıb.

İyunun 10-dakı məhkəmə bu ilin əvvəllərində Birləşmiş Ştatlarda terrordan zərərçəkənlərin ailələrinin rəsmi Tehrana qarşı udduğu məhkəmənin oxşarıdır. İran həmin qərarları qətiyyətlə pisləyib və beynəlxalq müstəvidə hökmə qarşı mübarizə aparır.

Kanada femidası qeyri-diplomatik aktivlərdəki 13 milyon ABŞ dollarını 1983-cü ildən 2002-ci ilədək Argentina, İsrail, Livan və Səudiyyə Ərəbistanındakı partlayışlarda öldürülən və ya girov götürülən amerikalıların ailələrinə verib. ABŞ məhkəməsi kimi, Kanadanın Ontario əyalətindəki ali məhkəmə də müəyyənləşdirib ki, İran «Həmas» və «Hizbullah» döyüşçülərinin təlim keçməsi və bu qrupların maliyyələşdirilməsi üçün məsuliyyət daşıyır.

ABŞ Ali Məhkəməsi 2 milyard dolların terror qurbanlarına verilməsiylə bağlı qərar çıxarsa da, vəsait hələlik zərərçəkmişlərə və ya onların yaxınlarına çatmayıb. Səbəb Tehranın bu qərara beynəlxalq məhkəmələrdə etiraz edəcəyi barədə vədidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG