Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:06

«Sovetski» sakinlərinə mənzil verilir


Bina
Bina

-

«Sovetski»də kiçik ölçülü evlərin sahiblərinin bir qisminin iyunun 11-də yeni mənzillə təmin olunduğu bildirilir.

ANSPRESS-in xəbərinə görə, Yasamal rayon İcra Hakimiyyətində Koroğlu Rəhimov küçəsindəki əsaslı təmir edilmiş binadakı mənzillərin bölünməsi məqsədilə püşkatma keçirilib.

Püşkatmanın «Sovetski»də az sahəli evlərdə yaşayan 113 sakin arasında keçirildiyi bildirilir. Sakinlərə mənzillərin açarları iyunun 13-də təqdim olunmalıdır.

İcra hakimiyyəti nümayəndələri bildiriblər ki, az sahəli dedikdə, 25-30 kvadratlı evlər nəzərdə tutulur. Evlərin kvadratı az olduğundan, sakinlərə veriləcək kompensasiya yeni mənzil almağa yetmir. Ona görə də, həmin kateqoriyadan olan sakinlər mənzillə təmin olunur. Mənzillərin Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına başa gəldiyi bildirilir.

«Sovetski»də 3400-dən çox ailəyə məxsus evlərin söküntü planına düşdüyü bildirilirdi. Həmin ailələrdən 3000-dən çoxunun köçürüldüyü deyilir. Bəzi ailələr, hələ də, köçmək istəmir.

XS
SM
MD
LG