Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:39

«Ukraynada yeni seçkilər keçirilməlidir»


N.Savchenko
N.Savchenko

-

Ukrayna Ali Radasının üzvü, döyüşçü Nadia Savchenko növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini bəyan edib. Savchenko-nun sözlərinə görə, Ukraynanın yenilənməyə ehtiyacı var.

O, «The Associated Press» agentliyinə verdiyi müsahibədə Ukrayna xalqının indikindən daha yaxşı hökumətə layiq olduğunu deyib. Onun sözlərinə görə, 2014-cü ilin fevralındakı hakimiyyət dəyişikliyindən sonra hökumət gözlənilən etimadı doğrultmadı.

Bu günlərdə - iyunun 7-də Savchenko iki ildən artıq sürən hərbi münaqişədən çıxış yolu tapmaq üçün ölkənin şərqindəki separatçıların liderləri ilə danışıqlara girməyə hazır olduğunu elan edib.

Nadia Savchenko Rusiya, Ukrayna, Fransa və Almaniyanın iştirakı ilə keçirilən «nəticəsiz» danışıqlardansa, separatçıların rəhbərləri ilə birbaşa danışıqların daha effektiv olacağına inamını bildirib.

XS
SM
MD
LG