Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:40

-

Dəməşq yaxınlığında şiələrin müqəddəs yerlərindən birində - Seyyidə Zeynəb ziyarətgahında partlayış nəticəsində ən azı 8 nəfər ölüb, onlarla insan yaralanıb.

Məlumatı Suriya KİV-ləri yayıb.

Seyyidə Zeynəb məhəlləsinin girişində həm intiharçı terrorçu özünü partladıb, həm də avtomobil partlayıb.

Bu səcdəgah gücləndirilmiş şəkildə mühafizə edilir. Seyyidə Zeynəb şiə imam Əlinin qızı, Məhəmməd peyğəmbərin nəvəsidir. Hər il bura minlərlə ziyarətçi gəlir.

Suriyadakı 6 ildir davam edən müharibə zamanı bu ziyarətgahda dəfələrlə partlayış baş verib. Bəzilərinin məsuliyyətini «İslam Dövləti» qruplaşması boynuna götürüb.

Bu ilin aprelində burdakı partlayışda 8 nəfər, fevralda isə silsilə partlayışlar zamanı ən azı 83 nəfər ölmüş, 170-dən çox adam yaralanmışdı.

XS
SM
MD
LG