Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

Məhkəmədən qaçıb məhkəməyə şikayət etdi


Vladimir Ionov
Vladimir Ionov

-

Rusiya vətəndaşı mitinqlərin keçirilməsi qaydalarının dəfələrlə pozulmasına görə cinayət məsuliyyətinə cəlb etmə (212.1) maddəsindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Bu, həmin maddədən ilk şikayətdir.

Ərizəçi məhkəmə hökmündən bir gün əvvəl Rusiyanı tərk etmiş 76 yaşlı müxalifətçi fəal Vladimir Ionov-dur. Bu barədə «Kommersant» xəbər verir.

Ionov şikayətində bildirir ki, həmin maddə Avropa İnsan Haqları Konvensiyasına ziddir, çünki eyni hərəkətə görə iki dəfə cəzalandırır. Vətəndaş artıq bir dəfə inzibati cəza aldığı qanun pozuntusuna görə məsuliyyətə cəlb olunur.

Ionov haqqında cinayət işi 2015-ci ildə birnəfərlik piketin keçirilməsinə görə 4 dəfə saxlanıldıqdan sonra açılıb. 2015-ci il dekabrın 8-də ona məhkəmə hökmü oxunmalı idi.

Bundan bir gün öncə fəal Ildar Dadin-ə «İctimai tədbirlərin keçirilməsi qaydalarının dəfələrlə pozulması» maddəsi ilə hökm çıxarılıb. O, 3 il ümumi rejimli koloniya cəzası alıb. Elə həmin gün Vladimir Ionov ölkəni tərk edərək Ukraynaya gedib və siyasi sığınacaq istəyib.

Ionov-un vəkili Irina Khrunova qeyd edir ki, müxalifət fəalı ilə bağlı hökm çıxarılmadığından, o, Rusiyada müdafiə olunmaq imkanlarını itirməyib. «Amma ərizəçi əmindir ki, onun haqqında da birmənalı olaraq ancaq təqsirləndirici hökm çıxarılacaqdı və cəza həbs şəklində olacaqdı»,- şikayətdə belə deyilir.

CM-nin 212.1-ci (Mitinqlərin keçirilməsi qaydalarının dəfələrlə pozulması) maddəsi 600 min rubldan 1 milyon rubla qədər cərimə və ya 5 il müddətində azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutur.

XS
SM
MD
LG