Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

-

Moldova prezidenti Nicolae Timofti Avropa Birliyini Rusiyaya qarşı iqtisadi sanksiyaları qaldırmamağa çağırır. Onun sözlərinə görə, Dnestryanı bölgədə sürən münaqişə Kremlin separatçı münaqişələr zəminində ixrac etdiyi «ilk eksperiment»dir.

İyunun 10-da Çexiya baş naziri Boguslaw Sobotka ilə görüşən Timofti deyib ki, Rusiyaya qarşı sanksiyalarla nəticələnən Ukrayna böhranından çox əvvəl Moskva Dnestryanı bölgəyə müstəqillik cəhdlərinə dəstək verib. Bununla da hələ də Moldovanın Avropa Birliyi ilə inteqrasiyasına əngəllər yaratmaqla məşğuldur.

«Rusiyanın bu zonaya təsiri Moldovanın Avropa Birliyi ilə yaxınlaşması yolunda ciddi maneədir və məhz buna görə də, ABŞ və AB sanksiyaları yerində qalmalıdır», – prezidentin ofisinin açıqlamasında deyilir.

Timofti Rusiyanı Tiraspol separatçı rejiminə dəstək verməkdə ittiham edib. Separatçılar 1990-cı ildə «Dnestryanı Respublikası»nın müstəqilliyini elan etsələr də, dövlət kimi tanınmayıb.

Timofti bildirib ki, Rusiya bu gün də separatçı siyasətini ölkənin digər rayonlarına yaymağa cəhd edir.

Moldova prezidenti 1999-cu ildə əldə edilmiş ATƏT razılaşmasına əsasən, Rusiya əsgərlərinin və silahlarının Dnestryanı regiondan çıxarılmasının vacibliyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG