Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:19

Adam öldürdü, evi söküldü


Evi sökülən fələstinli. Foto arxiv. 2014
Evi sökülən fələstinli. Foto arxiv. 2014

-

İsrail hərbçiləri uşaqlarının gözü qarşısında öldürülən yəhudi qadının qətlində suçlu bilinən fələstinlilərin evlərini köçürüblər.

İyunun 11-də İsrail əsgərləri Qərb Sahildəki Yatta kəndində Morad Bader Abdullah Adais-in evini dağıdıblar.

Hərbçilər bildirirlər ki, o, yanvar ayında Otniel yəhudi yaşayış məntəqəsində yaşayan 6 uşaq anası Meir-i öz evində ölənə qədər döyüb. İttiham olunan şəxs hadisə yerindən qaçsa da, sonradan həbs edilib.

İsrail tərəfi evlərin köçürülməsini gələcək hücumların qarşısının alınması məqsədilə edildiyini bildirsə də, fələstinlilər bunu kollektiv cəza forması kimi qəbul edir.

Son 8 ayda bölgədə fələstinlilərin sıravi vətəndaşlara və təhlükəsizlik qüvvələrinə onlarla hücumu və zorakılıq halları qeydə alınıb.

Hücumlarda 32 İsrail və 2 ABŞ vətəndaşı öldürülüb. Bu müddət ərzində 200-ə qədər fələstinli qətlə yetirilib. Onların çoxunun yəhudilərə hücum etdiyi bildirilir.

XS
SM
MD
LG