Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

Mühəndis-istehkam qoşunları təlimə başladı


Təlimlər
Təlimlər

-

Azərbaycan Silahlı Qüvvələrin Mühəndis-istehkam qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, təlimdə əsas məqsəd mürəkkəb şəraitdə hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin bacarığını və bölmələrin idarə edilməsini praktik yoxlamaqdır.

«Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və tapşırıqlar üzrə məşq edilib. Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə iştirak edib, şəxsi heyətə müasir texnika və vasitələr barədə məlumat verilib. Burada tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarının yeni növləri nümayiş edilib»,-deyə mətbuat xidməti bildirir.

Nazirlik bildirir ki, təlimdə həmçinin, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması praktik olaraq yerinə yetirilib.

XS
SM
MD
LG