Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

-

«Polad Bülbüloğlu peşəkarlığı, istedadı ilə rəğbət qazanan sənətkar, böyük insan və vətənpərvərdir. Odur ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi danışanda, nə dediyini bilməlidir».

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ermənistanlı həmkarı Tigran Balayan-ın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu barəsində səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.

H.Hacıyev Ermənistan diplomatlarını beynəlxalq normativ-hüquqi sənədləri özlərinə sərf edən tərzdə şərh etmək səylərində qınayıb. «Ermənistan XİN rəhbərinin müavini Shavarsh Kocharian-ın səfir P.Bülbüloğlunun fəaliyyəti haqda söylədiyi yalan və bayağı açıqlamalar bunun bariz nümunəsidir»,-deyə H.Hacıyev qeyd edib.

O deyib ki, indi həmin yolu Ermənistan XİN mətbuat katibi davam etdirir. H.Hacıyev Ermənistan tərəfə Azərbaycanın işğal edilən ərazilərinin boşaldılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyi tövsiyə edib.

Bu yaxınlarda Rusiya KİV-nə müsahibə verən səfir P.Bülbüloğlu Ermənistan tərəfinin indiki status-kvonu saxlaması cəhdlərinin mümkün olmayacağını deyib. Səfir qeyd edib ki, bölgədə əmin-amanlıq Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxmalarından keçir. Əks halda, Azərbaycan bunu Ermənistana məcbur edəcək.

Buna cavab olaraq Ermənistan XİN mətbuat katibi T.Balayan deyib ki, əgər P.Bülbüloğlu bilsəydi ki, diplomatiya nədir, müharibəyə çağırış etməzdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG