Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:15

-

Dünya fond birjaları son 4 ayda ən ağır günlərini yaşayırlar. Onlar Britaniya vətəndaşlarının tezliklə ölkələrinin Avropa Birliyindən çıxmasına səs verəcəklərindən qorxurlar. Məntiqlə bu, qlobal iqtisadiyyatın qarşısında əngələ çevrilə bilər.

«Brexit» adlandırılan 23 iyun referendumunda britaniyalıların təxmini istəkləri barədə səsvermənin nəticələri məlum olandan sonra iyunun 10-da Şanxaydan Paris və Nyu-Yorka qədər fond indeksləri aşağı düşüb.

Avropanın əsas «FTSEurofirst 300» indeksi son 4 həftədə ən aşağı həddə enib. Eyni zamanda, ABŞ fond indeksləri təxminən 1 faiz düşüb.

Dünya kapitalının MSCI indeksi 1.4 faiz enərək fevraldan bəri özünün ən pis həddini göstərib. Dünya liderləri hesab edirlər ki, Britaniyanın AB-ni tərk etməsi fond bazarlarını sarsıdacaq, ticarətdə iş yerlərinin ixtisarına səbəb olacaq. Bu, ilk növbədə Britaniyanın özünə zərər verməklə yanaşı, bütün qlobal iqtisadiyyatda dalğavarı effektə səbəb olacaq.

«Ən böyük problem ondan ibarətdir ki, bu, əks istiqamətdə hərəkətin birinci addımı olacaq». İyunun 10-da Cenevrədə Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Otmar Issing jurnalistlərə açıqlamasında belə deyib. «Bəzi ölkələrdəki ekstremist partiyalar məhz belə bir vəziyyətin yaranmasını gözləyirlər. Bu da çox çətin nəzarət edilə biləcək dinamikanın yaranmasına səbəb ola bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG