Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:01

-

Fransada müsəlman restoran işçisi müştərilərə Ramazanda spirtli içki payladığına görə təhqir edilib

Müsəlman yeməkpaylayan deyir ki, Ramazan ayında müştərilərə spirtli içki gətirdiyinə görə iki kişi tərəfindən təhqir edilib və fiziki təzyiqə məruz qalıb.

30 yaşlarında olan qadın deyir ki, hücum Ramazan ayının ilk günündə Fransanın Nitsa şəhərində onun işlədiyi barda baş verib. O L’Obs qəzetinə deyib ki, həmin an tamamilə tək olub.

"Onlar piştaxtanın arxasındakı spirtli içki şüşələrini göstərdilər. Onlardan biri ərəbcə dedi: "Ramazan ayında spirtli içki payladığına görə utanmalısan. Mən Allah olsaydım, səni asdırardım.""

Qadın deyir ki, o, kişilərə cavab verib, deyib ki, "siz Allah deyilsiniz ki, məni mühakimə edəsiniz".

Kişilər də onu "fahişə" adlandırıb barı tərk ediblər.

Bir azdan onlardan biri qayıdıb və qadını vuraraq yerə yıxıb.

“Mən elə qorxmuşdum ki. Mən anlamırdım. Onlar məni niyə təhqir etdilər? Niyə mənə şillə vurdular? Mən özümü alçaldılmış, təhqir olunmuş hiss etdim. Mən başqa qadınların belə aqressiyanın qurbanı olmasını istəmirəm," qadın deyir.

Qadının sözlərinə görə, o, vətəni Tunisdə də eyni peşə ilə məşğul olurmuş, ancaq orada heç vaxt hər hansı problemlə üzləşməyib.

"Mən düşünmürdüm ki, Fransada, azadlıqlar ölkəsində, buna görə hücuma məruz qala bilərəm. Mən qorxuram ki, onlar geri qayıdarlar, ancaq mən istəmirəm ki, bu mənim işimə təsir eləsin," o jurnalistlərə deyib.

Hadisə ərazidəki kameralara düşüb. İşçi qorxu içində menecerini köməyə çağırıb, o da öz növbəsində polisə xəbər verib və kameranın çəkdiklərini polisə təhvil verib.

L’Obs qəzeti yazır ki, hadisəni törətmiş kişilər müəyyən edilib, ancaq hələlik həbs edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG