Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

-

Mendeleyev cədvəlində bu vaxta qədər yeri boş qalan 115 və 118-ci elementlərə müvafiq olaraq Moskovium (işarəsi Mc) və Oganesson (işarəsi Og) adları verilə bilər.

Beynəlxalq nəzəri və tətbiqi kimya ittifaqı Mendeleyev cədvəlində 115 və 118-ci yerləri tutan yeni elementlərə Moskva vilayətinin şərəfinə Moskovium və rusiyalı alim, Dubnada yerləşən Birləşmiş nüvə tədqiqatları institutunun Nüvə reaksiyaları laboratoriyasının elmi rəhbəri Yuriy Tsolakovich Oganesyanın şərəfinə Oganesson (işarəsi Og) adının verilməsini tövsiyə edib.

115 saylı element elə bu sözügedən laboratoriyada aparılan təcrübələr nəticəsində kəşf edilib.

Mendeleyev cədvəlinin atom nömrəsi 113 və 117 olan digər iki yeni elementinə də hazırda ad seçilir. Beynəlxalq qurum bu iki elementi müvafiq olaraq Yaponiyanın şərəfinə Nihonium (işarəsi Nh) və ABŞ-ın Tennessi ştatının şərəfinə Tennessin (işarəsi Ts) adlandırmağı tövsiyə edir.

Beynəlxalq nəzəri və tətbiqi kimya ittifaqının bu təvsiyələri hazırda geniş şəkildə müzakirə olunur. Təşkilatdan bildiriblər ki, müzakirələr beş ay, bu il noyabrın 8-ə qədər davam edəcək. Bundan sonra adlar rəsmi şəkildə təsdiq ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG